Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən olan Azad Şuşanın qurucu STEAM şagirdləri layihəsinin səkkizinci təlimi uğurla baş tutub.
Tehsil.biz xəbər verir ki, təlimçi Ayaz Məmmədov ''IR sensoru ilə təcürbə" mövsuzunda təlim keçib.
Təlim şagirdlər tərəfindən maraqla qarşılanıb. Təlimdən sonra şagirdlər Kod Saatı: "Rəqəmsal Gələcəyə addım" layihəsinin birinci mərhələsi üçün imtahanda iştirak ediblər.
Layihədə Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin şagirdləri ilə yanaşı, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edirlər.
Qeyd edək ki, layihə rəhbəri Yasəmən Mustafazadə, layihə eksperti isə Aliyə Əhmədovadır.